Dərc edilib: 25-01-2018, 02:39
Xəbərin kateqoriyası: Все Новости / Новости Азербайджана
Baxış sayı: 484
Azərbaycan Rəqs Assosiasiyasının mətbuat xidmətinin saytımıza xəbər verdiyi kimi, Prezident Administrasiyasının, Azərbaycan Gənclər İttfaqının и Azərbaycan Rəqs Assosiasiyasının təşkilatı dəstəyi ilə Yanvarın 28-i Odlar Yurdunun gözəl və qədim şəhəri Gəncədə, Gəncə Dövlət Filarmoniyasında «Kəpəz» 2018 Açıq Kuboku keçiriləcək. Bu müsabiqə-festival ənənvi olaraq Azərbaycan Gənclər İttfaqının və Azərbaycan Rəqs Assosiasiyasının himayəsi altında təşkil edilir. Sözügedən mədəniyyət bayramında ölkənin müxtəlif guşələrindən olan bir çox rəqs kollektivləri və ansamblları ıştirak edəcək. Kiçiklərdən böyüklərədək, bütün yaşlardan olan iştirakçılar, çerlidinq, hip-hop, breyk-dans, rəqs şousu, klassik rəqs, xalq rəqsi, xalq rəqsinin stilləşdirilməsi, dünya xalqlarının rəqsi, oriental və digər nominasıyalar üzrə qələbə qazanmaq üçün mübarızə aparacaqlar.
«KUBOKUN keçirilməsində əsas məqsəd müasir və sosial sənətin müxtəlif üslublarında işləyənlər istedadlı kollektivlərin, duet və solistlərin aşkar edilməsi, Avropa və Dünya Çempionatlarında Azərbaycanı təmsil edəcək rəqqas və kollektivlərin seçilməsidir. Həmçinin, müsabiqənin əhəmiyyətli vəzifələri, Azərbaycanın və yaxın ölkələrin rəqs müəllimləri, rəqqasları və onların rəhbərləri arasında təcrübə mübadiləsi, sağlam həyat tərzinin və yüksək səviyyəli istirahətin əhali arasında təşviqi, uşaqların, yeniyetmələrin və gənclərin müasir xoreoqrafiyaya cəlb edilməsidir. Şadıq ki, hər il bizim tədbirlərin coğrafiyası genişlənir. İldən-ilə Bakıdan və ölkəmizin bölgələrindən daha çox komanda bizə qoşulur. Biz kütləvi informasiya vasitələrinin köməyi ilə kollektiv və fərdi rəqsçilərimizin diqqətini daha çox cəlb etmək istəyirik „, deyə Azərbaycan Rəqs Assosiasiyasının prezidenti və Azərbaycan Gənclər Birliyinin sədr müavini Əziz Əzizov saytımıza bildirib.
Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasınin şəxsində Təşkilat Komitəsi, tədbirə informasiya dəstəyi göstərən AzərShow.Biz portlaı bütün iştirakçılara müvəffəqiyyət və yaradıcılıq uğurları arzulayır, və bir daha hamını bu möhtəşəm mədəniyyət və incəsənət bayramına qoşulmağa dəvət edir.
Məlumat üçün əlaqə vasitələri:
dance-az@mail.ru
(+99412) 497 12 36
(+99455) 707 90 02
Gəncə Dövlət Filarmoniyası, Cavad Xan Küçəsi, Gəncə, Azərbaycan.
Partnyorlardan sosial reklam