Dərc edilib: 6-01-2018, 21:47
Xəbərin kateqoriyası: Все Новости / Новости Азербайджана
Baxış sayı: 585
Isveçrənin Azərbaycandakı Səfirliyinin xəbər verdiyi kimi, Yanvarın 27-si Beynəlxalq Muğam Mərkəzində, Yanvarın 28-i isə "The Landmark Hotel Baku"-da məhşur Isveçrəli Buqi-Vuqi kralı, pianoçu, blyuz və caz ifaçısı Silvan Zinggin konserti keçiriləcək.
Silvan Zingg dünyanın 30-dan çox ölkəsində 100-dən çox konsert verib. O, Çak Berri, Rey Çarlz, Keti Vebster, Memfis Slim, Semmi Prays, Çempion Cek Düpri, Yito Cekson, Mişel Petruççiani, Cimi Uolker və digər görkəmli məhşurlarla bir səhnədə çıxış edib.
Onun "Boogie Woogie" CD trilogiyası bir çox ödül və mükafatlar layiq görülüb və il ərzində ən çox satılan aıbom olub. 2002-ci ildə Silvan Zingg İşveçrənin Luqano şəhərində iniyədək hər il təşkil edilən Beynəlxalq Boogie Woogie Fstivalının əsasını qoyub.
Bakıya xoş gəlirsiniz, Maestro!
"Dancin' The Boogie" - by Silvan Zingg (c) YouTube kanalı: "jumpin88"
Partnyorlardan sosial reklam