Dərc edilib: 22-01-2018, 21:18
Xəbərin kateqoriyası: Все Новости / Новости Азербайджана
Baxış sayı: 421
Fevralın 17-si saat 16:00-da Heydər Əliyev Sarayında dünyaca tanınmış fransız yazıçısı Antuan de Sent-Ekzüperinin "Balaca Şahzadə" adlı məhşur nağılının motivləri əsasında teatr tamaşası göstəriləcək.
Bu nağılı bakılı tamaşaçılara rusiyalı qonaqlar, - "Sus və rəsm çək" (Молчи и танцуй) teatrı, və rəssam Yelena Vedyornikova bəxş edir.
Müasir rəqsin və qum üzərində cizgilərin sintezi - uşaqlıqdan tanış olan süjeti gözlənilməz tərəfdən təgdim edərək, tamaşaçıları sevimli qəhrəmanlarla birgə həyəcan keçirməyə vadar edən istedadlı rəqqas və rəssamların birgə orijinal işidir.
Tamaşada Rusiyanın ən yaxşı rəqqaslarından biri olan Yevgeniy Yasmakov iştirak edəcək. Tamaşaçılar hip-hop, akrobatika və fank kimi müasir stillərdə rəqs nömrələri görə biləcək.
Siz əski nağılın müasir üslubda necə olduğunu öz gözlərinizlə görəcəksiniz.
Partnyorlardan sosial reklam