Dərc edilib: 6-02-2018, 22:25
Xəbərin kateqoriyası: Все Новости / Новости Азербайджана
Baxış sayı: 244
Fevralın 11-i Gəncə Dövlət Filarmoniyasında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası tamaşaya qoyulacaq. Böyük bəstəkar operanı məhşur azərbaycan şairi Məhəmməd Fizuinin librettosu əsasında yazıb. Tədbir operanın ilk tamaşasının 110 illiyinə həsr olunub. "Leyli və Məcnün" ilk dəfə tamaşacıara 1098-ci ildə Yanvarin 12-də təqdim olunub (yeni tarixlə Yanvarın 25-də).
Tamaşada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri - Xal Artisti Mənsum İbrahimov (Məcnun), Arzu Əliyeva (Leyli), əməkdar artistlər Cahangir Qurbanov (Nofəl), Təyyar Bayramov (İbn-Salam), Xalq Artisti Sabir Əliyev (Şeyx), həmçinin Afaq Əliyeva, Elnur Zeynalov, Taleh Yəhyayev, Aytən Məhərrəmova, Nəzər Bayramov, və d. iştirak edəcək.
Dirijor - Azərbaycanın Əməkdar İncəsənət Xadimi Sevil Hacıyevadır.
Əfsanəvi operanın tamaşası Gəncə Dövlət Filarmoniyasının yeni binasında keçiriləcək, və sözsüz ki, Gəncənin mədəni həyatında əlamətdar hadisə olacaq.
[media=https://www.youtube.com/watch?v=S6uUjLKYWGQ&list=PLfTyTq7XDD7KDwoGUnwf13-3w3-v7ppZA]
"Leyli və Məcnun operası müxtəlif quruluşlarda.
AzerShow.Biz YouTube kanalından sərbəst lisenziya ilə.
Partnyorlardan sosial reklam