Dərc edilib: 9-02-2018, 04:55
Xəbərin kateqoriyası: Все Новости / Новости Азербайджана
Baxış sayı: 199
Fevralın 21-i saat 19:00-da Heydər Əliyev Sarayinda tanınmış bəstəkar, Azərbaycanın Xalq Artisti, Əməkdar İcəsənət Xadimi Elza İmaməddin Qızı İbrahimovanın anadan olmasının 80 illiyi münasibəti ilə xatirə gecəsi keçiriləcək, - bu barədə sarayın mətbuat xidməti xəbər verir. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilir.
Elza xanım 1939-cu ildə AzSSR-nın Hacıqabul şəhərində İmaməddin İbrahimovun ləzgi ailəsində dünyaya ğöz açıb. Musiqiyə məhəbbəti və özünəməxsus musıqı gabiliyyətlərini qızcığaz erkın yaşlarından biruzə verməyə başlayib. İstedadlı Elza ölkəmizin ən tanınmış bəstəkarlarından olan SSRİ Xalq Artisti Qara Əbülfəz-oğlu Qarayevin nəzərindən qaçmır. 1961-1964-cü illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Konservatoriyasında professor Qara Qarayevin bəstəkarlıq sinfində dərs alır. Öz istedadlı şagirdinə bəstəkarlıq sənətinin sirrlərini açmaqla bərabər, məhşur pedaqoq ona həm də xalq musiqisinin köklərinə, milli folklora hörmətlə yanaşmağı öyrədib.
Fortepianoda ifanı məharətlə bacaran Elza, diplom işi kimi ən çətin musiqi janrlarından birini - orkestrlə fortepiano üçün konserti seçir və imtahanı parlag şəkildə başa vurur. Tanınmış mötəbər mütəxəssislər yeni fəaliyyətə başlayan bəstəkarın qeyri-adi musiqi qabiliyyətlərini yüksək qiymətləndirdilər: peşəkar musiqiçilər, klassik musiqinin biliciləri və dəyərləndirıcıləri Elzanın konsertinə çoxlu sayda müsbət rəylər verir.
Bunun ardınca gələn onillik çox məhsuldar olur: Elza iri həcmlı musigi əsərləri üzərində, o cümlədən, simfonik poema, fortepiano üçün varıasiyalar, iki skripka, alt və violonçel üçün konsert, fortepiano üçün prelüdiyalar sikli və digər kamera əsərləri üzərində çalışır.
Elza Ibrahimova yaradıcılığının zivəsi operadır. Qarabağ hadisələrinə həsr edilmiş "Yanan Beşiklər" operası; Hüseyn Cavidin romanı əsasında yaradılmış "Afət" operası Azərbaycanın müasir klassik musiqisində ən fundamental əsərlərdəndir.
Elza İbrahimovanın adı Qara Qaraev, Fikret Əmirov, Cahangir Cahangirov, Arif Məlikov, Tofiq Quliev kimi aparıcı sənətkarlarla yanaşı, Azərbaycan musiqisinin zəngin tarixinə daxil olmuşdur.
Elzin xanımın geniş yaradıcılığını onun gözəl mahnıları olmadan təsəvvür etmək olmaz. Məhz yazdığı mahnılar ona ümumxalq məhəbbəti gətirib. Bəstəkarın 130-dan çox mahnısını gözəl müğənnilərimiz və vokalçılarımız Şövkət Ələkbərova, Flora Kərimova, İlhamə Quliyeva, Elmira Rəhimova, Lütfiyar İmanov, Akif İslamzadə, İslam Rzayev və digər tanınmış ifaçılar səsləndiriblər.
Yubiley axşamı Elza xanım İbrahimiobanın yaradıcılıq istedadına hörmət və ehtiram əlaməti olaraq təşkil edilir.
Konsertdə tanınmış Azərbaycan ifaçıları çıxış edəcək, "Bilməzdim", "Gecələr bulaq başı", "Sən yadıma düşəndə", "Bakının işıqları", "Sevgilim tut əlimdən", "Mehribanım", "O gözlər, o gözlər", "Gəl barışaq", "Qurban Verərdim", "Daha məndə dözüm yox", "Yoxluğunu bilə-bilə", "Ey vətən" və digər mahnılar səslənəcək.
Partnyorlardan sosial reklam