Dərc edilib: 9-12-2017, 15:02
Xəbərin kateqoriyası: Все Новости / Новости Азербайджана
Baxış sayı: 399
Azərbaycan Milli Konservatoriyasının saytı xəbər verdib ki, Azərbaycan Dövlət Filarmoniyasında "Muğamat var olan yerdə" adlı tədbir keçirilib. Azərbaycan Televiziyasının, Mədəniyyət Kanalının və Azərbaycan Dövlət Filarmoniyasının birgə layihəsi olan bu tədbirdə gənc müğam ifaçıları bir yerə toplaşıb.
Tədbirdən öncə Filarmoniyanın foyesində milli dəyərlərimizi əks etdirən kişi və qadın geyimləri və aksessurların, həmçinin Azərbaycan Milli Konservatoriyasının "Milli musiqi alətlərimizin təkmilləşdirilməsi" elmi-tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov tərəfindən təkmilləşdirilmış musiqi alətləri və onların yenı növlərinin sərgisi təşkil edilib. Konsertin bədii hissəsi Azərbaycan Yazıçılar İttifaqının sədri İlqar Fəhminin giriş sözləri ilə başlayıb.
Bundan sonra Muğam Televiziya Müsabiqəsinin laureatları, Konservatoriyanın müəllimləri və müdavimləri çıxış ediblər. Təyyar Bayramovun, Ehtiram Hüseynovun, Səbinə Ərəblinin, Kamilə Nəbiyevanın, Bəyimxanım Vəliyevanın, Mıraləm Miraləmovun, Elnur Zeynalovun, Ayşən Mehdiyevanın, Azad Şükürovun, Nısbət Sərdayevin, Hüsniyyə Mürvətovanın ifasında muğamlar, təsniflər və xalq mahnıları səslənib. Xanəndələri soloistlər Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança), Cinarə Heydərova (kanon), Şəfa Kərimova (ud), Azad Əliməmmədov (balaban) və Emin Cəbrayilovun (nağara) heyətində "Muğam" instrumental ansamblı müşayət edib.
Partnyorlardan sosial reklam