Dərc edilib: 15-01-2018, 20:20
Xəbərin kateqoriyası: Все Новости / Новости Азербайджана
Baxış sayı: 328
Fevralın 2-si "Gənclərə Dəstək" layihəsi çərçivəsində M.Maqomayev adıva Azərbaycan Dövlət Filarmoniyasında Gənclər gününə həsr olunmuş konsert təşkil ediləcək.
Bu axşam gənc musiqiçilər xalq artisti, dirijor Teymur Göyçəyevin rəhbərlik etdiyi Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə birgə çıxış edə biləcək.
Konsertin solistləri - beynəlxalq və respublika müsabiqələrinin laureatları Arzu Abbasova (bəstəkar), Aydan Rəsulzadə (kanon), Şeyda Ələsğərova (fleyta), Saleh Nəzərov (bəstəkar), Nicat Əhmədzadə (bəstəkar), Fatimə Əliyeva (fortepiano), Leyla Zeynalova (fortepiano), Ramin Hüseynov (akkordeon), Vəfa Bağırzadə (bəstəkar), Emil Qurbanov (tar), Nigar Əsgərova (skripka), Asif Quliyev (klarnet), Səid Bağırzadə (klarnet), həmçinin Amaliya Ağayeva, Jalə Həmzəyeva, Məmmədəli Muradxanov və Nigar Qəmbərovanın iştirakı ilə Asəf Zeynallı adına musiqi kollecinin Ansamblıdır.
Konsert proqramında Frederik Şopenin, Corc Gerşvinin, Klod Debüssinin, Con Vilyamsın, Mişel Manqaninin, Astor Pazzolanın, Fransua Bornun, Zakir Bagırovun, Arif Məlikovun and Bike Axundovanın əsərləri səslənəcək.
Konsert saat 19:00-da başlanacaq.
Partnyorlardan sosial reklam