Dərc edilib: 5-02-2018, 23:25
Xəbərin kateqoriyası: Все Новости / Новости Азербайджана
Baxış sayı: 259
Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmailxanov "Spirit of Caucasus" ("Qafqazın ruhu") adli etnik qrup yaradıb. Bu barədə Vesti.az saytına mügənni özü bildiriş verib.
Qrupun tərkibinə musiqiçilər, akrobatlar və rəqqaslar daxildir. Onlar hamısı Qafqazdandır. Qrupun çıxışı müasir bə ənənəvi xalq rəqsləri ilə mahnılardan qarışığından ibarət gözəl bir şoudur. İşıq və rənglərin parlaq mozaikası, ekzotik kostyumlar, ənənəvi və yeni dəbli səs effektləri təkrarsız Qafqaz koloriti ilə tamamlanaraq tamaşaçıları sadəcə valeh edir.
Həmvətənimiz uzun illərdr ki, Almaniyada çıxış edir. Seyran İsmailxanov bir neçə dəfə "Avroviziya" mesabiqəsinin ölkəmizdə keçirilən seçim turlarında iştirak edib, Çernoqoriyada keçirilən beynəlxalq "Suncane Skale 2012" mahnı müsabiqəsində Azərbaycanı təmsil edib.
Seyranın mahnıları tək Almaniya və Azərbaycanda deyil, eləcə də Turkiyədə bə bir çox digər ölkələrdə kifayət qədər məhşurdur.
[media=https://www.youtube.com/watch?v=d3NB9Q7DrwQ]
Qafqazın ruhu - Şou 2018. Spirit of Caucasus YouTube kanalından standart lisenziya əsasında
Partnyorlardan sosial reklam