Dərc edilib: 3-07-2025, 01:52
Xəbərin kateqoriyası: Все Новости / Новости Азербайджана
Baxış sayı: 89
Tədbirdə filmin çəlilişində iştirak etmiş aktyorlar, yaradıcı heyət və KİV nümayəndələri ilə yanaşı dəvət edilmiş çoxsaylı qonaqlar da iştirak edib. Premyeradan öncə filmin posterləri ilə bəzədilmiş foyedə furşet təşkil edilmişdi. Axşamın qonaqları aktyorlarla fotoşəkillər çəkdirmək imkanından istifadə ediblər. Təbii ki, bu axşamın baş qəhrəmanı Quleybaninin özünə tələbat daha çox idi. Tamaşaçılar tüklü bədheybətlə şəkil çəkdirmək üçün səbirlə öz növbələrini gözləyirdi.
Rejissor - Pərviz Həsənov
Ssenari: Əlibəy Məmmədli
Prodüser: Tofiq Musayev
Koordinator: Bayram Murquzov
Quruluşçu operator: Orxan Məmmədov
Quruluşçu rəssam: Ziya Dolxanov
Montaj, rəng tənzimi: Elşən Bağırov
Bəstəkar: Rüstəm Zeynallı
Səs operatoru: Vüsal Həsənov
Səs rejissoru: Toofan Mehri
Aktyorlar:
Əlibəy Məmmədli - Zaur
Nofəl Şahlaroğlu - Tərlan
Əminə Kaykun - Ayşə
Gülarə Məmmədova - Arzu
Ceyhun Məmmədov - Qulyabani/Namiq
Azərbaycan meşələrində qulyabani peyda olduğunu eşidən gənc türk jurnalıstı sensasiya doğuracaq reportaj hazırlamaq üşün buraya gəlir. Kömək üçün o, öz bakılı dostlarına müraciət edir. İki cavan dələduz - Zaur və Tərlan türkiyəli qonağı aldatmaq qərarına gəlir. Səxavətli mükafat almaq naminə onlar bic bir plan qururlar: gənc jurnalısti qorxutmaq üçün meşə vəhşisini "canlandıracaq" bir aktyor tapıb, onunla razılığa gəlirlər. Lakin onların ilkin planı baş tutmur, belə ki, qulyabanı qiyafəsinə girmiş aktyor şəxsi poblemlərinin həllinə qapılaraq öz bildiyi kimi hərəkət edir, nəticədə təsadüfən qarşılaşdığı yaxınlıqdakı kəndin sakinlərini qorxuya salır. Qəzəblənmiş kəndlilər qulyabanini ovlamaq və ona divan tutmaq qərarına gəlir. Baş qəhrəmanlar cətin bir vəziyyətdə qalır. Onlar indi "qulyabanını" xilas etməli, və öz fırıldaqlarının gizli qalmasına çalışmalıdır.
Film çox gülməli alınıb. Tamaşa zalını vaxtaşırı bol gülüş və alğışlar bürüyürdü. Gənc aktyorlar ekranda inandırıcı idi. Onların hər məzəli kəlməsini tamaşaçılar film boyu təkrar və müzakirə edirdilər, - belə gülməli kəlmələr və dialoqlar isə filmdə bol idi. Auditoriya filmin musiqi tərtibatına da çox canlı şəkildə reaksiya verirdi. Filmin bəstəkarı komediyanın əhval-ruhiyyəsini çox dəqiq və incə şəkildə verərək, məqsədəyönlü gözəl iş nümayiş etdirib.
Filmin yaradıcıları komediya janrının biliciləridir. Ən yaxşı rus, fransız və italyan komediyalarının ruhunda çıkilmış bir çox səhnələri xüsusi qeyd etmək olar. Bunula belə müəlliflər təkrara yol verməyib, onlar tamaşaçıları özünəməxsus yumorla güldürə bilib.
Heyif ki şən zarafatları yalnız azərbaycan dilini bilən şəxslər qiymətləndirə bilər. Qulyabani filminı dəgər dillərə dublyaj etmək sadə olmajacaq. Xüsusı yumor, spesifik sözlər və şən ifadələr, - ən professonal tərcümə belə filmin koloritli fraqmentlərini olduğu kimi verə bilməz. Bu bizim şəxsi fikrimizdir.
Cəkiliş qrupuna və aktyorlara ğözəl əhval-ruhiyyə və bol-bol gülüş dolu axşam üçün təşəkkür edirik!
Yeni işlərinizi gözləyirik, və böyük yaradıcılıq uğurları arzulayiriq!
"Qulyabani" komediyası.
AzerShow.Biz YouTube kanalından Creative Commons əsasında rəsmi treyler.
Partnyorlardan sosial reklam