Dərc edilib: 10-02-2018, 17:58
Xəbərin kateqoriyası: Все Новости / Новости Азербайджана
Baxış sayı: 847
Fevralın 8-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyası çoxdan gözlənilən musiqili premyerası ilə Bakı sakinlərini sevindirdi. İtalyan bəstəkarı Viçenzo Belininin bütün dünyada belcanto ənənəsinin şah əsəri kimi tanınmış "Norma" operası böyük uğurla təqdim olundu.
Belə inanılmaz bir işı layiqincə görən Opera Studiyasının həmrəy heyətinin qürur duymağa tam haqqı var: operanın ilk təqdimatı əsl furor yaratdı! Budur, operaya sonsuz aşiq insanlar.
İfacılar, Azərbaycanın Əməkdar Artistlərinın bədii rəhbəri, Azərbaycanın Xalq Artisti, professor Fəxrəddin Kərimov,
Quruluşçu-rejissor - Elvin Mirzəyev,
Xormeyster - Azərbaycanın Xalq Artisti Gülbədzhi İmanova,
Konsertmeyster - Yulia Kərimova.
İfacılar, Azərbaycanın Əməkdar Artistləri
NORMA, druid məbədinin baş kahinəsi (soprano) - Farida Məmmədova,
OROVEZ, Normanın atası, baş kahin (bariton) - Anton Ferştandt,
ADALJİZA, druidlərin məbədindəki bakirə (mezzo-soprano) - Səbinə Əsədova,
POLLION, Qallda roma prokonsulu (tenor) - Adil Axundov.
Və Bakı Musiqi Akademiyasının vokal fakültəsinin istedadlı tələbələri:
KLOTİLDA, Normanın rəfiqəsi (soprano) - İslamə Abdullaeva,
FLAVIY, senturion (tenor) - Hidayat Əliyev.
Gənc tələbələri xüsusi ilə qeyd etmək istərdik: tanınmış opera ifaçıları ilə bir səhnədə çıxış etmək asan deyil.
Bəstəkar Vincenzo Bellini özü bu operanı özünün şah əsəri hesab edirdi: "Əgər bir gəmi qəzasına düçar olasam, xilasına cəhd edəcəyim yeganə əsər "Norma"-dır". Lakin operanı digər müqəddərat gözləyirdi: artıq 180 ildən çoxdur ki, onu bütün dünyada ifa edirlər. "Norma" musiqinin və süjetin mütləq harmoniyasının ən parlaq nümunələrindən biridir. Bu janrda arialarının qeyri-adi gözəlliyi və virtuozluğu ilə yanaşı, bu opera çoxplanlı və mürəkkəb olması ilə də fərqlənir. "Norma"-nın musiqisi parlaq yüngüllük və geyri-adi dramatizmı, ən güclü duyğularla və incə melodiyalarla birləşdirir.
İnsan səsi çox güman musiqi alətlərinin içində ən sirlisi və gözəlidir. Ondan texniki cəhətdən mükəmməl, nəfislik və məharətlə istifadə etməyi heç bir janr opera qədər vurğulamır. Vokal texnikasını italiyalılar nahaq yerə "bel canto" - gözəl oxuma adlandırmayıblar.
Hər bir ifaçı öz partiyasını möhtəşəm bir şəkildə ifa etdi. Norma, Adaljiza və Klotildanın heyranedici ariyaları inanılmaz keçidləri və zəngulələri ilə tamaşa zalını donmağa məcbur edirdi. Orovez, Pollion və Falvinin ifa etdiyi parlaq arialar isə zalın alqışlarla dolmasına səbəb olurdu. Amma, tamaşaçıları xüsusi valeh edən Norma və Adaljizanın, Norma və Pollionun, Adaljiza və Pollionun artıq klassik sayılan duetlərı oldu.
Hər hansı bir operanın uğuru əsasən orkestrin nizamından və dirijorun peşəkarlığından asılıdır. Bütün orkestrə və onun rəhbəri Fəxrəddin Kərimova gözəl musiqi dünyasına qərq olmaq imkanı yaratdıqları üçün böyük təşəkkürlər!
BMA tələbələrinin kütləvi səhnələrədəki gözəl iştirakını, eləcə də, dekorator və kostumerlərin olduqca gözəl işlərini xüsusi qeyd etmək lazımdır. Operanın əks etdirdiyi tarixi dövrü vurğulamaq və musiqi əsərinin emosional atmosferini tamaşaçıların diqqətini musiqi nəqlindən yayındırmadan yaratmaq onalara müfəssəl oldu.
Bu operanın quruluşu rejissor Elvin Mirzəyevin çox gözəl təşkil edilmiş ilk işidir. Təbriklərimizi qəbul edin, Elvin!
"Norma" operasının premyerası şübhəsiz müvəffəqiyyətdir, və o nəzərə çarparaq yeni maraqlı proyektlər üzərində işlərə stimul olacaq. Əminik ki, bundan sonra da Opera Studiyası öz rahat salonunda opera sənətının pərəstişkarlarını dəfələrlə toplayacaq.
Partnyorlardan sosial reklam