Dərc edilib: 29-01-2018, 21:20
Xəbərin kateqoriyası: Все Новости / Новости Азербайджана
Baxış sayı: 575
Fevralın 8-i Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasın nəzdindəki Şövkət Məmmədova adına Opera Studiyasında Azərbaycanda ilk dəfə möhtəşəm layihə, - məhşur italyan bəstəkarı Vinçenso Bellininin "Norma" operasının quruluşu təqdim olunacaq. "Norma" operası dünya şöhrətli belcanto ənənələrinin barız nümunəsidir. Kifayət qədər mürəkkəb operanın quruluşu qeyri-adi musiqi hadisəsı olacağını vəd edir.
"Norma, və ya uşağının qatili" fransız yazıçısı Lui Aleksandr Somenin faciəsi əsasında yazılıb. İtalyanca librettonun müəllifi Feliçe Romanidir. Yazıçının müracıət etdiyi mövzular əbədidir: bunlar məhəbbət və nifrət, xəyanət və sədaqət, ehtiras və ruhi güc kimi əksliklərin mübarizəsidir. Operadakı hadisələr e.ə. 50 ildə Galliyada cərəyan edir və Romalılarla Druidlər arasındakı qarşıdurmanı əks etdirir. Bu janrda olan digər əsərlərlə müqayisədə "Norma" öz qeyri-adi gözəlliyi və virtuoz soprano ariyaları ilə seçilir. Bellini onu özünün şah əsəri hesab edirdi və deyirdi: "Əgər bir gəmi qəzasına düçar olasam, xilasına cəhd edəcəyi yeganə əsərim "Norma"-dır." Repertuar baxımından ən çətin sopranonu - baş gəhrəman Normanın rolunu, müxtəlif dövrlərdə opera sənətinin Giuditta Pasta, Zinka Milanova, Maria Callas, Montserrat Kabalye kimi korifeyləri ifa edib.
İndi bu möhtəşəm əsəri bakılı tamaşaçılar da görə biləcək.
Quruluşçü dirijor - Bakı Musiqi Akademiyasının Opera Studiyasının bədii rəhbəri, xalq artisti, professor Fəxrəddin Kərimov; quruluşçu rejissor - Elvin Mirzoyev; xormeyster - xalq artisti Gülbacı İmanova; konsertmeystr - Yuliya Kərimovadır.
Vokal partiyalar- Azərbaijanın Əməkdar Artistləri: Fəridə Məmmədova (Norma), Adil Axundov (Pollione), Səbinə Əsədova (Adaljıza), Anton Ferştant (Orovezo). Tamaşada həmçinin BMA-nın vokal şöbəsinin tələbələri Hidayat Əliyev və İslam Abdullayev də iştirak edir.
Partnyorlardan sosial reklam