Dərc edilib: 24-01-2018, 19:01
Xəbərin kateqoriyası: Все Новости / Новости Азербайджана
Baxış sayı: 318
Bakıda daha bir parlaq musiqi tədbiri gözlənilir. Gözəl bakılı qadınları 8 Mart günü bayram münasıbəti ilə İsrail estradasının uldüzü J. Seven (Cey Seven) təbrik edəcək. Konsert Martın 8-i saat 19:00-da S. Vurğun ad. Rus Dram Teatrının səhnəsində keçiriləcək.
J. Seven iki musiqi təsili olan professional musiqiçi, saksofonda məharətlə ifa edən multiinstumentalçıdır. O həmçinin ispan gitarasının, blok-fleytanın və zərb alətlərinın də gözəl ifaçısıdır. Musiqiçi artıq çoxdan bütün dünyada tanınınb. O dinləıyiciləri nəinki ifa texnikası ilə, həmçinin təkrarolunmaz artistizmi və tamaşaçılarla birbaşa canlı ünsiyyəti ilə də ələ ala bilir. Ən çətin alətlərdən birində ifa etməklə bərabər, o, rəqs edir və tez-tez tamaşaçı zalına enərək dinləyiciləri əsl musiqi sehrinə qərq edir.
Konsertdə Stivi Vanderin, Fausto Papettinin, Co Dassenin, Ceyms Hammerin, Ennio Morrikonenin, Qeorge Zamfirin repertuarlarindan bütün dünyada məşur olan kompozisiyalar səslənəcək. Sevimli Rəşid Behbudovun mahnılarından təşkil olunmuş kompozisiyalar isə bakılılar üçün xüsusi sürpriz olacaq.
Sirli romantika və məhəbbət örtüyünə bürünmüş bu musiqi axşamı dinləyicilərə gözəl bir musiqiçi ilə görüşdən unudulmaz təəssüratlar bəxş edəcək.
J. Sevenin konsertindən parçalar, musiqiçinin YouTube kanalından (с).
Partnyorlardan sosial reklam