Dərc edilib: 9-12-2017, 12:16
Xəbərin kateqoriyası: Все Новости / Новости Азербайджана
Baxış sayı: 403
Gənc və artıq kifayət qədər məhşur azərbaycanlı müğənni Azad Şabanov sosial şəbəkələrdə "Yalnız səninlə" mahnısının yeni video klipini təqdim edib. Musiqinin və rus dilində sözlərin müəllifi İsmayıl Əsədovdur. Kiyevdə çəkilmiş yeni klipin rejissoru azərbaycanda məşhurlar arasında böyük tələbata malik Fərhad Əlidir. Bu lip F.Əli və A. Şabanovun ikinci müştərək işidir, buna qədər Əli Azadın ifa etdiyi "Əgəhvəyi gözlər" adlı mahnıya da klip çəkib.
Azad Şabanov yeni ış barədə bunları söyləyib: "Bu mahnı bizim hər birimiz barədədir. Eşqin dadını bilmış hər bir insanın həyatında elə bir an olub ki, zamanı dayandırmaq istəmisən ki, ətrafda hər şey donsun, yalnız sən və sevdiyin qalsın... Eşq, vəfa, hörmət, inam. Mənim yenı mahnəm bu barədədir. Bir-birinizi qoruyun".
A.Şabanovun yeni videosunda ukraynalı model və aktrisa Keistina Suşelnitskaya çəkilib. Klip üzərində çalışanlar: aranjeman və miks - Samir Sultanov, mastering - Ramin Vəlibəyov, gitara - Caner Güneysu, stilist - Leyla Məmmədova, makiyaj və saç üslubu - Oksana Cherepanova, layihə menecerı - Zemfira Bağırova, xətti prodüser - Marina Radziwill.
Əlavə edək ki, Azad Şabanov bir çox yerli və beynəlxalq yarışlarda iştirak etib. Hal-hazırda gənc azərbaycanlılar arasında ən məşhur müğənnilərindən biridir və göründüyü kimi, xarici ölkələrdə də tanınmış olmaq üzrədir. Azada yaradıcılıq uğurları arzulayırıq!
Partnyorlardan sosial reklam