Dərc edilib: 31-01-2018, 22:03
Xəbərin kateqoriyası: Все Новости / Зарубежные Новости
Baxış sayı: 312
Aberqavennin (tarixi və müasir Monmutşir qraflığında şəhər) icra hakimiyyəti küçə musiqiçilərinin davranışından narazıdır. Bundan sonra ingilis menestrelləri davranəş və etiket qaydalarına riayət etməli olacaq, bu qaydalar tezliklə Monmutşirin bələdiyyəsi tərəfindən nəzərdən keçirilib qüvvəyə minəcək.
Bu cür ciddi tədbirlərin səbəbi şəhər polisinin dükan sahiblərindən küçə musiqiçilərinin davranışı barədə aldıqları çoxsaylı şikayətlər olub, bu barədə asayiş qoruyucuları şəhər bələdiyyəsinə xəbərdarləq veriblər.
"Kobud, səs-küylü və monoton" - küçə musiqiçilərini sənətdən uzaq tacirlər belə adlandırır. Onlar keyfiyyətsiz musiqidən, mahnıların müddətindən və sonsuz təkrarlanan repertuardan şikayətlənirlər.
Lakin olnar ən çox ondan şikayət edilər ki, öz ifalarına qapılmış musiqiçilər, dükanlara gələn müştərilərın giriş-çıxışan mane olduqlarının fərqinə belə varmırlar. Xeyriyyə mağazalarında çalışan könüllülər müəyyən günlər işdən imtina edirlər, belə ki, musiqiçilərin ifaları onları olmazın dərərcədə narahat edir.
Azayişi pozanlar özləri isə hakimiyyət tərəfindən belə ölçülərin tətbiqinə səbəb görmürlər. Onlar hesab edir ki, qaydalar lazım deyil: "Musiqiçilər ləyaqətlə davranmaq üçün kifayət qədər sağlam düşüncəyə sahibdirlər. Bəzi dəqiqləşdimələr vermək lazımdır. Bir nəfərin ifa edə biləcəyi müəyyən sayda mahnı var, buna görə də repertuar təkrar olunur. Abergavenny - gözəl bir canlı musiqi şəhərdir, və yaxşı ki, bizdə buraya gələrkən özünü sərbəst hiss edən çoxsaylı musiqiçilər var.
Qaydaların bəzi maddələri:
Qadaqandır:
- musiqiçilər arasında hay-küylü küçə yarışlarının leçirilməsi;
- bir nöqtədə bir saatdan artıq çıxış etmək;
- təhqiramiz leksikadan istifadə və sərxoş vəziyyətdə çıxış etmək;
- mahnıları təkrar etmək;
- mağazalara gırışdə əngəl törətmək;
- müsiqini ətraf mühitin fon küyündən uca səslə ifa etmək.
və arzu edilir:
- nəzakətli və diqqətli olmaq.
Qadağalardakı qadağalar nə qədər sərt olursa belə, bələdiyyə müşaviri Li Beach şərhləri kifayət qədər loyaldır: "Kücə musiqiçilərinə əksər ictimai yerlərdə işləmək üçün lisenziya gərək deyil, lakin bəzi şəhərlərdə, o cümlədən London və Oksfordda bu cür davranış qaydaları artıq tətbiq edilib. Musiqiçilərdən bəziləri potensial cinayət təhlükəsi yarada bilər. Bu kodekslər mağaza sahibləri və küçə musiqiçiləri ilə razılaşdırılıb. Bu, daha çox bir tövsiyədir. Ümid edirəm ki, güc tətbiq etməyə ehtiyac olmayacaq. Problemlər yaranarsa, yerli dükan sahibləri sadəcə bayıra çıxıb musiqiçilərlə söhbətləşə və onların bir az mağazadan uzaqlaşmalarını xahiş edə bilərlər. Polislə müraciət etmədən də problemi həll etmək olar. Ümid edirəm ki, insanlar bu təlimata əməl etdikləri təqdirdə, onlar rəvan işləyəcək." - deyə o əlavə edib.
İctimayi asayişi qoruma orqanının rəhbəri David Cons deyib ki, Şura, istedadlı ifaçıların çiçəklənən şəhər mərkəzlərində çıxışlarına davam edəcəyinə ümid edir.
Küçə musiqiçiləri. AzerShow.Biz YouTube kanalından sərbəst lisenziya ilə.
Məqalə Böyuk Britaniya KİV-nin materialları əsasında hazırlanıb.
Partnyorlardan sosial reklam