Dərc edilib: 8-12-2017, 22:57
Xəbərin kateqoriyası: Все Новости / Зарубежные Новости
Baxış sayı: 733
YoTube videoxostunda yerləşən və 3 ay ərzində 3 milyondan artıq baxış toplamış "Despacito Chicken Version (Mr. Chicken)" adlı virus video çarxın müəllifi blogger Franko Munyos (Franco Muñoz), öncəki çarxda istifadə etdiyi Cənab Cücə (Mr. Chicken) adlı rezin toyuğu ilə yeni video çəkib. Franco bu dəfə Cənab Cücəni "Queen" qrupunun "Bohem Rapsodiyası" adlı ən böyük hitlərindən birini ifa etməyə "məcbur" edib. 2 gün ərzində videonun 2 mindən çox adam izləyib, bu isə o deməkdir ki, yeni videoçarx Munyosun öncəki yaradıcılığının rekordunu keçə bilər.
YouTube istifadəçilərinin rəylərindən görünür ki, yeni videoçarx onların çox xoşuna gəlib. Kimsə Cənab Cücəni çox sevdiyini qeyd edir, bəziləri Franko Munyozun istedadına heyrandır, bir sıra onlayn nəşrlər isə Cənab Cücənin ifasında səslənən "Bohem Rapsodiyası" barədə xəbəri yaymaqdadır.
Əslində, video çox sadədir. Əvvəlcə biz "Queen" qrupunun ifasında orijinal klipdən bir parçaya baxırıq, ancaq mərhum Freddi Merkurinin partiyası çatanda, onu Cənab Cücə ifa edir. Əslində, təbii ki, bir kauçuk kukla çox sayda not səsləndirməyə qadir deyil. Franko bu rezin toyuğu sıxaraq, ondan ritmi düzgün olan yeganə bir notun səslənməsinə nail olur. Səsi yazdıqdan sonra, onu musiqiçilər arasında "avtotyun" adı ilə tanınmış komputer proqramında emal edərək, notların ücalığını dəyişir, və səs cığırının düzgün intonasiyalı versiyasını əldə edir. Ancaq o tamaşaçıları çaşdirmaq üçün bəzi notlarda məqsədyönlü şəkildə "xoruz buraxır". Bu isə bəzi tamaşaçıları rezin toyuğun hansı yollasa müxtəlif notları ifa edə bilməsi qənaətinə gətirir. Bir çoxları buna inanaır və özlərinin analojı oyuncaqlarını məhşur xitləri "oxutmağa" çalışır. Və əlbəttə, buna nail ola bilmirlər. İndi bunun necə edildiyini bildikdən sonra, oxucularımız belə videoları özləri yarada biləcəklər. Lakin, cənab Toyuqun rekordlarını vurmaq çətin olacaq. Belə ki, o, bu sahənin pioneridir.
Cənab Cücə - Bohem rapsodiyası (© YouTube)
Partnyorlardan sosial reklam